AZ

Tramp prezident seçilərsə, Ukraynaya yalnız bu şərtlə SİLAH VERƏCƏK

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli planını nəzərdən keçirir.

 

Sfera.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Qeyd olunub ki, müvafiq təşəbbüsü siyasətçiyə onun iki müşaviri - Keyt Kelloq və Fred Fleytzen hazırlayaraq təklif edib.

 

“Donald Trampın iki əsas müşaviri ona prezident seçkilərində qalib gələrsə, Rusiyanın Ukraynadakı münaqişəsinə son qoymaq planını təqdim edib. Bu plan Ukraynaya yalnız sülh danışıqlarına girəcəyi təqdirdə daha çox Amerika silahı alacağını söyləməkdən ibarətdir”, - nəşr bildirib. Məlumata görə, Tramp ona təqdim olunan təkliflərə müsbət cavab verib.

 

Bildirilib ki, bu sülh təkliflərinin həyata keçirilməsi ABŞ-nin Ukrayna münaqişəsi ilə bağlı yeni mövqeyindən xəbər verəcək. “Bununla Tramp həm avropalı müttəfiqlərin müqavimətinə, həm də Respublikaçılar Partiyası daxilində mübahisələrə səbəb ola bilər”, - "Reuters" qeyd edib. 

 

Günay 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
sfera.az

3Mənbələr