Dağıstanda törədilən terror aktları nəticəsində həyatını itirənlərin sayı 25 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.
Ölənlər arasında 15 polis əməkdaşı da var. Bundan əlavə, 5 mülki şəxs terrorçuların qurbanı olub. Kanalın mənbələri daha 5 nəfərin şəxsiyyətinin hələlik müəyyən edilmədiyini bildirib.