AZ

"Sabah"ın Konfrans Liqasındakı səfər matçının məkanı dəyişdirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sabah"ın Konfrans Liqasının ikinci təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.
Oxu.Az xəbər verir ki, matç əvvəldən nəzərdə tutulduğu kimi Macarıstanda deyil, Slovakiyada keçiriləcək.
Debretsendəki arenada oyunun keçiriləcəyi saatda başqa tədbir olduğu üçün bu addım atılıb. İsraillilər "Sabah"dan iyulun 25-dəki ilk oyunun Bakıda baş tutmasını xahiş etsələr də, təmsilçimiz buna razı olmayıb.
Qeyd edək ki, Bakıdakı cavab qarşılaşması avqustun 1-də oynanılacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
oxu.az

1Mənbələr