AZ

Orbanın korteji QƏZAYA DÜŞDÜ

Macarıstanın baş naziri Viktor Orbanın korteji Almaniyada qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

 

Məlumata görə, Orban Almaniyaya bir gün əvvəl Macarıstan millisinin çıxış etdiyi futbol üzrə Avropa çempionatı üçün gəlib. Ştutqart hava limanına gedərkən baş nazirin müşayiət edən iki polis motosikleti avtomobillə toqquşub, nəticədə iki polis əməkdaşı yaralanıb, onlardan biri daha sonra xəstəxanada ölüb.

 

69 yaşlı qadının idarə etdiyi BMW markalı avtomobil Orbanın kortejini müşayiət edən polisin motosikletinə çırpılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
modern.az

3Mənbələr