İnsanların 70%-i dondurma yedikdən sonra ağrı hiss edir. Bəs bu şiddətli ağrının səbəbi nədir?

İndex.az xəbər verir ki, bu qəfil şiddətli ağrının elmi adı qanqlionevralgiyadır ki, bu da beyin donmasıdır.

Tibbi ədəbiyyata 1850-ci illərdə daxil olsa da, 1988-ci ildə rəsmi olaraq “soyuqdan yaranan baş ağrısı” kimi tanınıb. Mütəxəssislər bu baş ağrısını ağıza soyuq bir şey qoyduqdan sonra yaranan və bir müddət sonra keçən ağrı kimi təyin edirlər.

Alın və qulaqlara yaxın nahiyələrdə güclənən ağrılar kifayət qədər kəskin olur.

Ağzımızın divarı damar şəbəkələri, xüsusən də beyni qidalandıran damarlarla doludur. Soyuq yemək yedikdə ağzın daxili temperaturu qəfil dəyişdiyi üçün damarlar sürətlə daralır və eyni sürətlə genişlənir.

Soyuqluğu hiss edən bədən beyinə isti qan göndərir və reaksiya verir. Qan axınındakı bu sürətli dəyişiklik özü ilə saniyələrlə davam edən, lakin dözülməz ağrıları da gətirir.

Soyuq mühitlərdə olarkən də oxşar ağrıların yaşandığı müəyyən edilib.