AZ

“Azadlıq o demək deyil ki...” - Rövşanə Ağasəfqızı

“Ailədə düşüncə, təfəkkür azadlığı çox önəmlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Rövşanə Ağasəfqızı “Nigar xanım” verilişinə müsahibəsində deyib.

Övladndan danışan teleaparıcı ona geyim azadlığı verdiyini bildirib:

“Azadlıq o demək deyil ki, sən ən qısa paltarı geyinəcəksən. Onu da geyinmək olar. Mənim qızım ürəyi istədiyi geyimi geyinir. Mən də buna qarışmıram. Övlada həddi və sərhəddi öyrətmək lazımdır. Qadağalarla olmur. Bütün dünyada cinayət qadağandır, olmaz. Amma siz baxın, statistikada cinayət azalıb? Yox. Valideyndən çox şey asılıdır”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
bakivaxti.az

1Mənbələr