AZ

Xorvatiya qələbəni son saniyədə əldən verdi – VİDEO

Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə yekun vurulub.

TEMPİNFO xəbər verir ki, III turun hər iki görüşü eyni vaxtda keçirilib.

İki qələbə ilə qrupda 1-ci yeri təmin edən İspaniya Albaniyanı da məğlub edib. Ferran Torresin 13-cü dəqiqədə vurduğu qol yeganə olub.

Digər qarşılaşmanın da taleyi son saniyələrdə həll olunub. Son Avropa çempionu İtaliya 90+8-ci dəqiqədə məğlubiyyətdən qaçıb. Qazanılan 1 xal İtaliyanı 1/8 finala yüksəldib. Hesabında 2 xal olan Xorvatiya isə Avropa çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024

Qrup mərhələsi, III tur24 iyun, B qrupu23:00. Albaniya – İspaniya – 0:1Qol: Ferran Torres, 13Baş hakim: Qlen Niberq (İsveç)Düsseldorf Arena

23:00. Xorvatiya – İtaliya – 1:1Qollar: Luka Modriç, 55 – Zakkani, 90+8Luka Modriç penaltidən istifafə edə bilməyib, 54Baş hakim: Danni Makkeli (Niderland)Leyptsiq Ştadium

1İspaniya33005-092İtaliya31113-343Xorvatiya30213-624Albaniya30123-51

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
tempinfo.az

1Mənbələr