AZ

"4 ildir Silahlı Qüvvələr Gününü qalib xalqın nümayəndəsi kimi qeyd edirik" - DEPUTAT

"4 ildir Silahlı Qüvvələr Gününü qalib xalqın nümayəndəsi kimi qeyd edirik" - DEPUTAT

"44 günlük Vətən müharibəsində qısa müddət ərzində döyüş meydanında düşməni məğlub edərək ərazi bütövlüyümüzü bərpa edən Müzzəfər Azərbaycan Ordusu yaranmasının 106-cı ilini qeyd edirik".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, artıq:

"Yaranmasının 106-cı ilini qeyd etdiyimiz rəşadətli Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biridir. Hər bir dövlətin gücü onun iqtisadiyyatından və ordusundan asılıdır. Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadiyyatı da, ordusu da kifayyət qədər güclüdür. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu dünyanın qüdrətli ordularından biri olduğunu bütün dünyaya sübut etdi. 106 il əvvəl Şərqin ilk demokratik dövləti kimi təsis edilən Azərbaycan Xalq Cümhuriyyəti qısa və şərəfli fəaliyyəti ilə xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərləri miras qoyib. Həmin miraslardan biri də Azərbaycan Ordusudur. AXC-nin mövcud olduğu 23 ay ərzində ordunun formalaşdırılması sahəsində uğurlu addımlar atılıb. Ən önəmlisi isə Azərbaycan Silahlı Qüvvələrinin təsis edilməsi ilə bağlı qəbul edilmiş qərarlar və qısa müddətdə ərzində həyata keçirilən tədbirlər hazırkı güclü ordumuzun formalaşmasında əhəmiyyətli rol oynayıb. 1991-ci il oktyabrın 18-də dövlətimiz müstəqilliyinə yenidən qovuşdu. Müstəqil dövlətimizin atributları təsis edildi və ordusu yaradıldı. Xalqın istəyi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev dövlətimizin müstəqiliyini qoruyaraq, yenidən başqa bir ölkənin müstəmləkəsinə çevrilməsinə icazə vermədi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən bütün sahalərin inkişafı üçün lazım olan bütün addımları atdı. Eləcə də ordu quruculuğun. Qısa müddətdə ərazi ozünümüdafiə taborları ləğv edildi və orduda vahid komandanlıq yaradıldı. Əlbəttə bütün bunlar Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasının başlanğıcı idi. Bugünkü Müzəffər Azərbaycan Ordusunun şərəfli tarixi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır".

Deputat vurğulayıb ki, bu gün cənab prezident İlham Əliyev ordcu quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir:

"Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində zamanında atdığı addımlar 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərin əldə edilməsi ilə nəticələndi. Bu gün 30 il həsrətində olduğumuz Şuşada, Xankəndində və digər torpaqlarda şanlı üçrəngli bayrağımız dalğalanır. Bizə bu möhtəşəm zəfərləri yaşadan Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Müzəffər Ordusuna təşəkkür edirəm. Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
sonxeber.az

1Mənbələr