AZ

"Şahzadə Anna müşahidə üçün xəstəxanada saxlanılacaq"

İngiltərə kralı III Çarlzın 73 yaşlı bacısı şahzadə Anna ötən gecə Qlosterşir əyalətindəki Gatcombe Park malikanəsində keçirdiyi qəzadan sonra beyin silkələnməsi və yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Demokrat.az
xəbər verir ki, vəziyyəti yaxşı olan şahzadə Anna müşahidə üçün xəstəxanada saxlanılacaq.

Bukingem Sarayının sözçüsü, həkimlərin hesabatı istiqamətində şahzadənin rəsmi proqramlarının təxirə salındığını və Yaponiya İmperatorunun şərəfinə təşkil ediləcək naharda iştirak etməyəcəyini bildirib.

Kral Çarlza  bacısının vəziyyəti ilə bağlı tez-tez məlumat verildiyi qeyd edilib

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
demokrat.az

1Mənbələr