Alman Sənaye Federasiyasının (BDI) prezidenti Siegfried Russvurm bir sıra açıqlamalarla gündəmə gəlib.

İndex.az xəbər verir ki, Siegfried Russvurm bildirib ki, 2024-cü ildə Almaniya iqtisadiyyatının 0,3% böyüyəcəyi proqnozlaşdırılır.

Bu isə artımın çox zəif olduğuna işərədir.

Avropanın rəqib güc bloklarının olduğu bir dünyada güclü iqtisadi region kimi yerini qoruyub saxlamasının vacibliyini vurğulayan Russvurm, ABŞ-da builki prezident seçkilərində Donald Trampın yenidən seçilməsinin ölkəni daha çətin dövrə gətirib çıxaracağını vurğuladı.