AZ

Hakan Çalhanoğlu "Bavariya" klubundan gələn təklifi geri çevirdi

"İnter" klubunun türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu hansı komanda ilə yola davam edəcəyini açıqlayıb.

Məlumata görə, Hakan Çalhanoğlu karyerasını "İnter"də davam etdirəcəyini və "Bavariya" klubundan gələn təklifi geri çevirdiyini deyib.

Türkiyəli yarımmüdafiəçi "İnter" klubunun rəsmiləri ilə görüşüb və yeni müqavilə imzalamaq istədiyini bildirib.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2023/24 mövsümündə çıxdığı 42 oyunda 15 qol, 3 assistlə yadda qalıb. (Mənbə: Ntvspor.net)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
azpolitika.info

1Mənbələr