AZ

Bu həftə Tramp və Baydenin yeni debatı olacaq

Bu

ABŞ-nın sabiq və hazırkı prezidentləri Donald Tramp və Co Bayden bu həftə keçiriləcək ənənəvi debata hazırlaşırlar.

Reyting.az
“CBS News”-ə istinadla xəbər verir ki, onlar, 2020-ci ildə prezidentliyə namizədlərin əvvəlki görüşünün bütün səhvlərini nəzərə alaraq, bu dəfə bir saat yarım çıxış edəcəklər.

ABŞ prezidentliyinə namizədlərin debatının bu cümə axşamı reallaşacağı bildirilir.

Siyasətçilərin diqqətini yayındırmamaq üçün debat ilk dəfə auditoriyasız keçiriləcək. Bu müddət ərzində təşviqat heyəti öz namizədi ilə əlaqə saxlaya bilməyəcək.

Qeyd olunur ki, bir namizəd çıxış edərkən digərinin mikrofonundan səs eşidilməyəcək. Təşkilatçılar bu qərarı 2020-ci ildə Bayden və Tramp arasında keçirilən son debatdan sonra veriblər.

Bundan başqa, namizədlərə qələm, bloknot və bir qab su verilsə də, əvvəlcədən hazırlanmış qeydlər və detallara icazə verilməyəcək.

Onu da qeyd edək ki, ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Əsas namizədlər 82 yaşlı Co Bayden və 78 yaşlı Donald Trampdır.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
reyting.az

1Mənbələr