“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə səfər oyununun yeri dəyişdirilib. Matc.az xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Macarıstanda olmayacaq. Bakı klubu İsrail komandası ilə Slovakiyada üz-üzə gələcək. Buna səbəb Debretsendəki stadionda həmin gün başqa tədbirin keçirilməsidi. Görüş iyulun 25-də reallaşacaq. Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında cavab matçı avqustun 1-də Bakıda oynanılacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta