AZ

Bank of Baku ABŞ bankında ( HAB Bank ) müxbir hesabı açıb

Müştərilərə daha əhatəli və keyfiyyətli xidmət məqsədilə Bank of Baku yeni beynəlxalq əməkdaşlığa imza atıb.

Bank of Baku ABŞ-nin beynəlxalq ödəniş və hesablaşmalar sahəsində tanınmış bankı – “Habib American Bank” (HAB Bank) ilə 31.05.2024 tarixində saziş imzalayıb. Nəticədə, Bank of Baku-nun “HAB Bank”da ABŞ dolları üzrə müxbir hesabı açılıb. 

Bankın “HAB Bank”da müxbir hesabının olması müştərilərə Bank of Baku vasitəsilə beynəlxalq hesablaşmaları rahat şəkildə icra etməyə imkan verəcək. Müştərilər Amerika ilə yanaşı, dünyanın hər yerinə qısa zamanda və maneəsiz pul köçürmələri edə biləcək, dollar valyutası üzrə xarici əməliyyatları təhlükəsiz şəkildə həyata keçirəcəklər.

Qeyd edək ki, Bank of Baku-nun hazırda Avstriyanın məhşur “Raiffeisen” bankında da müxbir hesabı mövcuddur, bu isə müştərilərə AVRO valyutası üzrə beynəlxalq ödənişlər etməyə şərait yaradır.

Bank of Baku-nun xarici maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi, müxbir hesabların artırılması, bu istiqamətdə müştərilərinə daha geniş imkanların təqdim olunması istiqamətindəki fəaliyyətləri davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
6
banco.az

7Mənbələr