Bu gün AVRO-2024-ün C qrupunda mübarizəyə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, III turun qarşılaşmaları eyni vaxtda keçiriləcək.

Bütün komandaların həm birinci, həm sonuncu yeri tutmaq ehtimalı olduğu qrupda İngiltərə Sloveniyanı sınağa çəkəcək. Danimarka isə Serbiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024
Qrup mərhələsi, III tur
25 iyun, C qrupu

23:00. İngiltərə – Sloveniya
Baş hakim: 
Klemen Turpin (Fransa)
Köln Ştadium

23:00. Danimarka – Serbiya
Baş hakim: 
Fransua Leteksye (Fransa)
Münhen Arena