AZ

Yeni Klinikada təlim: “Duzdan asılı həyatlar”  

Yeni Klinikanın təşkilati dəstəyilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin "Kistoz Fibrozlunun Sağlamlıq Kartı" layihəsi çərçivəsində "Duzdan Asılı Həyatlar" adlı növbəti tədbir baş tutub.
 
Aztibb.az-a Klinikadan verilən xəbərə görə, müxtəlif tibb müəssisələrini təmsil edən həkimlərin iştirak etdiyi təlim xarakterli tədbir kistoz fibroz xəstələrində olan həzm sistemi və qastroenterolji problemlərə həsr olunub.
 
 
Tədbiri giriş sözüylə açan "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai birliyinin sədri Səadət Bayramova layihə haqqında məlumat verərək, Yeni Klinikada yerləşən və uğurla fəaliyyət göstərən Fatimə Bayramova adına Kistoz Fibroz Diaqnostika, Müayinə, Müalicə Mərkəzi haqqında eyni zamanda həkimlərin xəstələrə xüsusi diqqət və qayğısından bəhs edərək tibb personalına təşəkkürünü bildirib.
 
Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva kistoz fibroz xəstəliyinin qarşısının erkən diaqnostika, uyğun müalicə ilə alına biləcəyindən və bu sahədə klinika olaraq dəstəyə hazır olduqlarını qeyd edib.
 
Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev klinikada icbari tibbi sığorta daxilində xəstələrin müayinə və müalicələrinin ən üst səviyyədə həyata keçirilməsindən bəhs edib.
Tədbirin elmi hissəsində kistoz fibroz xəstəliyinin müayinə və müalicəsi ilə məşğul olan Yeni Klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri Nigar Bayramova kistik fibroz pasiyentlərinin vəziyyəti və bu xəstəliyin ağırlaşmaları haqqında qısa məlumat verib.
 
Tədbirin fəxri qonağı Fatimə Bayramova Azərbaycanda kistoz fibroz xəstəliyinin öz üzərindən tanınması və cəmiyyətin maariflənməsi üçün verdiyi dəstəyə görə "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi tərəfindən təşəkkürnamə həmçinin KF simvolu olan yaxa broşu ilə təltif olunub.
 
Təlimdə Dr. Fərid Məmmədov “Kistoz fibroz xəstələrində qastroenteroloji problemlər”, Dr. Anar Tağıyev “Kistoz fibroz xəstələrinin qidalanmasına dair hər şey” mövzularında çıxış edərək bu xəstəlik haqqında ətraflı məlumat veriblər.
 
Geniş müzakirə və diskussiya formatında davam edən tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
aztibb.az

2Mənbələr