AZ

Türkiyədə güclü yağış bir sıra fəsadlar törədib

Türkiyənin Van şəhərində güclü yağış daşqınlara səbəb olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Vanın Başkale, Saray və Muradiye rayonlarında daşqın nəticəsində bəzi evlər və tövlələr su altında qalıb.

Çayın daşması nəticəsində məhəllə yollarını su basıb, kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Həmin ərazilərdə daşqının fəsadlarını aradan qaldırmaq üçün iş aparılır.

Şəbnəm Mehdizadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
e-huquq.az

1Mənbələr