AZ

"Sloveniya bütün dünyanı şoka salmaq istəyir"

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Sloveniya millisinə qarşı keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "ESPN" onun dediklərini belə çatdırıb:

“Sloveniyanın Avrodakı oyunlarını görmüşəm, bu oyunlarda yaxşı idi. Orada çoxlu güclü və çox sürətli futbolçular var. Əsas vurğu hücumda fəaliyyət göstərən Şeşkoya yönəlib. Bir çox klublar onun xidmətində maraqlıdır. Bu görüşdə bizim üçün asan olmayacaq. Sloveniya qalib gəlmək üçün meydana çıxacaq, onlar bütün dünyanı şoka salmaq istəyirlər”

İngiltərə - Sloveniya oyunu bu gün keçiriləcək. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
90deqiqe.az

1Mənbələr