AZ

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3 dəfədən çox artıb

2024-cü ildə Naxçıvanda qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 10 659 olub ki, bu da ötən ilin yanvarın 1-i ilə müqayisədə 3,5 dəfə və ya 7 600 vahid çoxdur. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. 
 
Həmçinin bildirilib ki, ilin əvvəli ilə müqayisədə bu göstərici 1,7 dəfə artaraq 4273 olub. 
 
Son beş ildə əmək müqavilələrinin sayı 40%, özəl sektorda əmək müqavilələrin sayı isə iki dəfə artıb. 

2019-cu il yanvarın 1-dən 2024-cü il martın 1-nə qədər işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin ümumi sayı 1, 834,6 min müqavilə olub ki, bunlardan 921,4 mini qeyri-neft-qaz özəl sektoruna aiddir. 
 
Ötən ilin birinci rübündə də ölkədə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 9 493 müqavilə və ya 0,5% artaraq 1 milyon 755 min 802-yə çatıb.

Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da davamlı olaraq artması ilə nəticələnir.
 
2023-ci ilin yanvar-martında əməkhaqqı fondunda daha 6% artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34%,  əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
 
Aygün Mirakif
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
anews.az

1Mənbələr