AZ

“Bütün ixtisas qrupurları üzrə 700 bal toplayanlar olacaq”

“2-ci cəhd imtahanında bütün qruplar üzrə 700 bal toplayan abituriyentlərin olması gözləniləndir”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib.

 

Ekspert bildirib ki, digər qruplarda maksimum nəticənin olmaması sualların çətinliyi ilə əlaqəlidir:

 

“Məlumdur ki, I ixtisas qrupunu seçən 10 abituriyent maksimal nəticə əldə edib. Onlardan 9-u riyaziyyat-kimya altqrupu, biri isə riyaziyyat-informatika altqrupu üzrə yüksək nəticə toplayıb. Digər qruplarda isə ümumilikdə maksimum bal toplayan abituriyent yoxdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, həmin qruplarda abituriyentlər sualların çətin olması ilə üzləşiblər. Əsasən 3-cü ixtisas qrupunda ədəbiyyat və tarix, 2-ci ixtisas qrupunda coğrafiya, 4-cü ixtisas qrupunda isə biologiya fənnində abituriyentlər sualların çətin olduğunu qeyd ediblər. Bu da öz növbəsində onların nəticələrinə təsir edib”.

 

Həmsöhbətimiz vurğulayıb ki, 2-ci cəhd imtahanında bütün qruplar üzrə 700 bal toplayan abituriyentlərin olması gözləniləndir:

 

“I ixtisas qrupunu seçənlərin yüksək bal toplamasının digər səbəbi də həmin abituriyentlərin buraxılış imtahanından yüksək bal toplamalarından qaynaqlanıb.

 

2-ci cəhd imtahanında gözləntilərimiz çoxdur. Çünki 1-ci cəhddə buraxılan mövzular üzrə səhvləri abituriyentlər aradan qaldıra bilirlər. Düşünürəm ki, II və III ixtisas qrupu üzrə maksimal nəticə əldə edənlər olacaq. Ümumilikdə isə bütün qruplar üzrə 700 bal toplayan abituriyent mümkün olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
azedu.az

1Mənbələr