AZ

"Kəpəz" 3 futbolçu ilə ortaq məxrəcə gəlib

Yeni mövsümün hazırlığına start verən "Kəpəz" bu arada bəzi futbolçularla yeni müqavilə bağlayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, "sarı-göylər" ötən "futbol ili"ndə də komandanın formasını geyinən Nicat Süleymanov, Ehtiram Şahverdiyev və Elmir Tağıyevlə ortaq məxrəcə gəlib.
 
Hər üç futbolçu qarşıdakı bir ili Gəncə təmsilçisinin uğurları üçün tər tökəcək.
 
Yaxın günlərdə isə Adil Şükürovun baş məşqçi olduğu "Kəpəz"ə yeni legionerlərin gəlişi gözlənilir.
 
Qeyd edək ki, Gəncə klubu ötən mövsüm Premyer Liqanı 9-cu pillədə başa vurub.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
sport24.az

1Mənbələr