AZ

Mourinyo “Fənər"i ilk məşqinə çıxardı - FOTO

“Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo klubla ilk məşqinə çıxıb.Sportfm.az xəbər verir ki, məşq portuqaliyalı mütəxəssisin rəhbərliyi ilə Türkiyənin Düzce şəhərinin Kaynaşlı rayonunda “Serkan Acar Topuk Yaylası Təsisləri”ndə baş tutub.“Fənərbaxça” yeni mövsüm hazırlıq çərçivəsində ilk yoldaşlıq matçını burada keçirəcək.“Sarı-lacivərdlər” 29 iyunda keçiriləcək ilk yoldaşlıq oyununda “Petrolul Ploieşti” ilə qarşılaşacaq. Klub bu matçdan sonra İstanbula qayıdacaq, daha sonra düşərgə üçün Avstriyaya gedəcək.“Fənərbaxça” Avstriyada 3 yoldaşlıq oyunu keçirəcək və “Admira Vakker”, “Hayduk Split” və “Strasburq”la qarşılaşacaq.Xatırladaq ki, Joze Mourinyo bu ayın 2-də İstanbul klubu ilə müqavilə imzalayıb. 61 yaşlı mütəxəssis 3 il ərzində “Fənərbaxça”nı çalışdıracaq.скачать dle 10.4 UTF-8Forex для начинающих

Seçilən
10
sportfm.az

1Mənbələr