AZ

Assanj azadlığa buraxılıb

İcraçı prodüser Sosial media reportyoru/prodüseri Sosial media redaktoru “WikiLeaks”in təsisçisi Culian Assanj həbsdən azad edilib. “O, iyunun 24-də səhər saatlarında 1901 gün keçirdiyi Belmarş ciddi rejimli həbsxanasını tərk edib. London Ali Məhkəməsi onu girov müqabilində azad edib. …O, təyyarəyə minərək Böyük Britaniyadan uçub”, – təşkilatın X hesabında vurğulanır. “The Washington Post” və CNN məhkəmə sənədlərinə istinadən bildirirdilər ki, o, 18 ittihamdan biri üzrə təqsirini etiraf etmək üçün ilkin razılığa gəlib və bunun müqabilində sərbəst buraxılacaq. Gözlənilir ki, iyunun 26-da Şimali Mariana adaları (Sakit Okeanın şərqində ABŞ ərazisi) məhkəməsi 5 il 2 ay həbs cəzası barədə qərar çıxaracaq. Assanj Londonda dəmir barmaqlıqlar arxasında o qədər vaxt keçirib. ABŞ-də Assanj 2010-2011-ci illərdə Əfqanıstan və İraqdakı müharibələrə dair xidməti sənədləri və diplomatik teleqramları yayımladığına görə casusluqda ittiham olunur. Bu ittihamlarla onu 175 ilə qədər həbs cəzası gözləyirdi. O, günahını etiraf etməyib. 2012-2019-cu illərdə “WikiLeaks”in qurucusu Ekvadorun Londondakı səfirliyində gizlənib. Ekvador Assanjın siyasi sığınacaq hüququnu ləğv edəndə Britaniya polisi onu tutub və Britaniya həbsxanasına göndərilib. Yerli məhkəmə 2022-ci ilin aprelində onun ABŞ-yə ekstradisiyasına dair qərar çıxarıb, müdafiə tərəfi apellyasiya şikayəti verib. Keçən ilin martında London Ali Məhkəməsi Assanjın dərhal Birləşmiş Ştatlara ekstradisiya olunmayacağına qərar verib. Həbsxanada olarkən Assanjın səhhətinin pisləşdiyi bildirilir. “WikiLeaks”in qurucusunun prokurorluqla sövdələşə biləcəyi barədə daha əvvəl “The Wall Street Journal” məlumat vermişdi. Bildirilirdi ki, o, təqsirini uzaqdan – Böyük Britaniyadan ekstradisiya olunmadan etiraf edə, ABŞ məhkəməsi hökm çıxararkən isə onun artıq çəkdiyi 5 il həbs cəzası hesaba alına bilər. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
xural.com

1Mənbələr