AZ

İnsest münasibətlər - Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin psixoloqu yazır

Bu gün psixalogiyada daha çox rast gəlinən, lakin hər zaman gizlədilən mövzulardan biri olan insest münasibət mövzusundan danışacam.

-İnsest münasibət nədir? İnsest münasibət qısaca qan bagı olan qohumların ( ana-ogul,ata-qız, xala,bibi,dayı uşaqları və s. aralarında yaşanan cinsi əlaqə) yaşadıgı cinsi əlaqəyə deyilir.

İllər öncə əlimə bir kitab keçmişdi Roma tarixi haqqında... Və oxuyunca bunu keçmişdə necə hadisələr baş verirmiş deyə düşünmüşdüm.Amma bir psixoloq olaraq mənimdə iş təcrübəmdə  bu kimi hadisələrə rast gəldim. İnsest hadisəsi bəşəriyyətin bütün tarixi boyu olmuşdur desək yanılmarıq. Sadəcə üzərinə tabu qoyularaq müəyyən müddət bu mövzu gizli qalmışdır. Müasir günümüzdə insest üzərindəki gizlilik pərdəsi qalxmışdır. “ İnsest “ sözünün mənşəyi latlnca ( təmiz olmayan, ləyaqətsiz, kirlətmək, zorlamaq ) anlayışını verir. İnsest istək daha çox psixaloji amildir və bu cəmiyyətdə ictimai qınaq, təhqir halına gəldiyi üçün, bu yöndə dəstək ala bilməyəcəyini düşünür. Onlar daha çox tenqid atəşinə tutulmaqdan, cəmiyyətdə təklənməkdən qorxaraq hətda psixoloqa belə üz tuta bilmirlər. Bu da onlarda daimi olaraq qalıcılıq yaradır və çox zaman ciddi fəsadlara gətirib çıxarır. İnsest cinsi əlaqə yaradan şəxslər ( analar,atalar, övladlar və s) bu sıxıntıları, yaşadıqlarını danışarkən iki psixaloji hiss aktiv şəkildə özünü biruzə verir:

1. Utanma;

2. Qorxu;

Bəzən bunu uzun müddət heç kimlə bölüşmədikdə, insanların həyatında yaşadıgı travmalar, genetik bioloji təsirlər (yüksək ehtiras və şəhvət duygusunun nəsildən nəsilə ötürülməsi) bu halların formalaşmasında tətikləyici amil olur. Həyatda hər bir insanın daxilində saxladıgı, bölüşmək istəyib və çox zaman bölüşə bilmədikləri hisslər var. Sizi dinləyən bir mütəxəssislə əlaqə saxlayaraq içinizdəkiləri bölüşün. Əmin olun,siz tək deyilsiz. Artıq sıxıntılarınızı, problemlərinizi  danışıb psixalogiyanızı müsbətə dogru kökləyə bilərsiz. Heç bir zaman gec deyil….

 

Samirə İsmayılova

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin psixoloqu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
qht.az

1Mənbələr