AZ

HƏMAS-dan İraqla bağlı QƏRAR: Yaxın zamanlarda… – FOTO

Fələstinin HƏMAS hərəkatı siyasi ofisini paytaxt Qətərdən İraqın paytaxtı Bağdada köçürə bilər.

Medianews.az “Kommersant.ru”ya istinadla xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.

Qeyd olunub ki, belə bir addım Doha və Vaşinqtonun sülh danışıqları ilə bağlı artan təzyiqi ilə əlaqələndirilir.

Məlumata görə, İraq hakimiyyəti bu qərarı artıq ötən ay təsdiqləyib. Nəşr yazır ki, HƏMAS iyunun əvvəlində Bağdadda siyasi ofisini yaradıb və yaxın həftələrdə orada mətbuat mərkəzi açmağı planlaşdırır. Bununla belə, hərəkatın liderləri ofislərini köçürmək üçün dəqiq vaxt barədə hələ qərar verməyiblər. Bağdaddakı hərəkat üzvlərinin təhlükəsizliyinə İraqın cavabdeh olacağı dəqiqləşir.

Mümkün addımın Qəzza zolağında ABŞ, Misir və Qətərin əməkdaşlığı ilə aparılan atəşkəs üzrə danışıqların dalana dirənməsi fonunda atıldığı qeyd edilir. Nəşrin məlumatına görə, ABŞ rəsmiləri münaqişənin həlli planının həyata keçirilməsində irəliləyişin olmamasında Fələstin hərəkatını günahlandırıb. Qəzetin yazdığına görə, HƏMAS ABŞ Prezidenti Co Baydenin təkliflərini rədd etdikdən sonra hərəkatın vasitəçiləri ilə İsrail nümayəndələri arasında ciddi təmas olmayıb.

Bundan əlavə, “The National” yazır ki, HƏMAS liderləri İraqa köçsə, bu, sülh danışıqları üçün əlavə problemlər yarada bilər. Çünki Qətər 2007-ci ildən Qəzzaya nəzarət edən və siyasi liderləri 2012-ci ildən Qətərdə yaşayan Fələstin hərəkatına potensial olaraq daha az təsir göstərə bilər. Qəzetin mənbələri iddia edir ki, HƏMAS Qətərlə münasibətlərə nəzarət etmək üçün bu və ya digər şəkildə Dohada nümayəndəliyini saxlamaq niyyətindədir.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrından davam edir. İsrail hakimiyyəti HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumda mindən çox insanın öldüyünü, 200-dən çoxunun isə ələ keçirildiyini bildirib. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin zərbələri 37 mindən çox insanın həyatına son qoyub. İyunun 10-da BMT Təhlükəsizlik Şurası Qəzza zolağında mərhələli atəşkəs planı ilə bağlı qətnamə qəbul edib. Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Vaşinqton atəşkəs planını irəli sürərkən İsrailin mümkün atəşkəsin ikinci mərhələsində hərbi əməliyyatları dayandırmağı planlaşdırmadığını qeyd etməyib. HƏMAS bu qətnaməni alqışlayıb.

Vüqar MƏMMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
medianews.az

1Mənbələr