AZ

“Rusiyadan hərbi yardım istəmirik” – HƏMAS

Fələstinin HƏMAS hərəkatı Rusiyadan hərbi yardım istəmir. 

Yenicag.az xəbər verir ki, bu barədə hərəkatın Siyasi Büro rəhbərinin müavini Musa Əbu Mərzuk bildirib.

O, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyində görüşlər üçün Rusiyaya getmişdi. Məzrukun sözlərinə görə, o, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla danışıqlar aparıb. Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş planlaşdırılmır.

“Xeyr, biz hərbi yardım istəmədik, Qəzzada müharibə gedir, Qəzza yaxın döyüş üçün öz silahlarını istehsal edir və hələlik biz bu cür döyüş əməliyyatlarını öz gücümüzlə idarə edə biləcəyimizə inanırıq”, – nümayəndə qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
yenicag.az

1Mənbələr