AZ

Qlobal birbaşa xarici investisiyalar azalıb - DETALLAR

Qlobal birbaşa xarici investisiyaların həcmində azalma müşahidə edilib.

Bakıda startaplar üçün investisiya forumu keçiriləcək

FED.az xəbər verir ki, 2024-cü il Dünya İnvestisiya Hesabatına görə, qlobal birbaşa xarici investisiyalar iqtisadi yavaşlama və artan geosiyasi gərginlik səbəbindən 2023-cü ildə 2% azalaraq 1,3 trilyon dollara düşüb. Bununla belə, hesabatda qeyd olunur ki, bəzi Avropa ölkələrində böyük investisiya dalğalanmalarını nəzərə almasaq, bu azalma 10%-i ötür.

İnkişaf etməkdə olan ölkələrə birbaşa investisiya axını 7% azalaraq 867 milyard dollar təşkil edib.

Maliyyələşdirmə şərtlərinin sərtləşdirilməsi infrastruktur investisiyaları üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq layihələrin maliyyələşdirilməsi sazişlərinin 26% azalmasına səbəb olub. Bu, ən yoxsul ölkələri qlobal investisiyaların azalmasına qarşı daha həssas edir.

Digər yandan böyük bazarlara asanlıqla çıxışı olan regionlarda və ölkələrdə avtomobil və elektronika kimi qlobal dəyər zənciri ilə intensiv istehsal sektorlarına investisiyalar artır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
fed.az

1Mənbələr