AZ

1970-ci illərdə məktəblərdə buraxılış imtahanı BELƏ KEÇİRİLİRDİ - VİDEO

1970-ci illərdə məktəblərdə buraxılış imtahanı BELƏ KEÇİRİLİRDİ - VİDEO

"Məktəblərimizdə dərs ili qurtarmışdır. Yaz yoxlama imtahanı günlərində uşaqlar açıq və təmiz havada dərslərini təkrar edirlər. Sovet məktəbliləri bir ildə əldə etdikləri biliklərə yekun vurur, vətən və xalq qarşısında hesabat verirlər".

Sonxeber.az xəbər verir ki, bu barədə AzTV-nin "Qızıl Fond"unda qorunan 1970-ci illərə aid arxiv materialında bildirilib. Kadrlarda 132 nömrəli məktəbdə oxuyan şagirdlər və keçirilən imtahanlar ilə bağlı maraqlı anlar öz əksini tapıb:

"132 nömrəli məktəbin 10-cu sinfində oxuyan əlaçılardan Fəridə Bayramova birinci olaraq lövhəyə çıxır. Öz biliyinə arxayın və məktəbi qızıl medalla bitirməyi hədəfləyən Fəridə ilk imtahan günü həndəsədən "5" almışdır. Fərqiyyə Rzaquliyevada bu imtahanlarda qızıl medal alacağına əmindir".

Ətraflı videomaterialı təqdim edirik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
sonxeber.az

1Mənbələr