AZ

Xəsarət alan şəxs təcili tibbi yardım briqadası tərəfindən vaxtında hospitalizasiya olunub » Medical Media

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 63 yaşlı şəxsin (kişi cinsli) ayağının sınması səbəbindən doqquz mərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalması səbəbilə çağırış daxil olub.

Medicalmedia.az-a Mərkəzdən verilən xəbərə görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
 
Təcili tibbi yardım heyəti tərəfindən damda ayağı sürüşüb xəsarət alan şəxsə zəruri tibbi yardımlar göstərilməyə başlanılıb.
 
Hadisə nəticəsində xəsarət alan şəxsə sağ ayağın topuq nahiyəsinin sınığı diaqnozu qoyulub.
 
Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə zərərçəkən şəxs köməksiz qaldığı yerdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
 
Xəsarət alan şəxs təcili tibbi yardım briqadası tərəfindən vaxtında hospitalizasiya olunub.
Seçilən
143
1
medicalmedia.az

2Mənbələr