AZ

Xalq artisti: “Teatrımıza xanım direktor gəldi, dedi ki, ərizə yazın..." -  "Xalq artisti Rafiq Əzimov məndən bir yaş böyükdür, nə olub ona?"

“Mənim belim bükülməyib, əlim əsmir, başım fırlanmır, səhnədə gəzə bilirəmsə, niyə teatrda olmamalıyam?! Xaricən də çox cavan görünürəm, daxilən də özümü cavan hiss edirəm. Teatra yaşlı aktyorlar lazımdır. Ağasadıq Gəraybəyli 90 yaşında “Əliqulu evlənir” tamaşasını oynayırdı. Sözün əsl mənasında o rolu yaradırdı. Bizim kimi yaşlı aktyorlar teatrda yoxdur, yaşlı rolları bəs kim oynayacaq?! Cavanın nə qədər saçını ağartsan da, üzünə saqqal yapışdırsan da, onun gözləri par-par parıldayır. Amma yaşlı adamların gözləri sönük olur, yaşlı görünür. Mənim rollarımı o teatrda olan aktyorların heç biri oynaya bilməz. Mən o teatrın böyük aktyoru olmuşam. Ola bilsin ki, bir az özümü tərif etmiş oldum, amma bu faktdır”

Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, məşhur aktyor Tariyel Qasımov deyib.

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
mia.az

1Mənbələr