Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etmək və narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Demedia.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı çətənə bitkisinin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən Ceyhun Məmmədov saxlanılıb.