AZ

Xaricə satdığımız kartofun qiyməti ucuzlaşıb – Rəqəmlərdə kəskin azalma

Bu ilin ilk beş ayında Azərbaycandan xaricə 34 min 318 ton miqdarında, 14 milyon 493 min ABŞ dolları dəyərində kartof satılıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 18 min 520 ton (35%), dəyər ifadəsi ilə 8 milyon 888 min ABŞ dolları (38%) azdır.

Ötən ilin eyni dövründə kartof ixracının miqdarı 52 min 838 ton, ondan əldə olunan gəlir isə 23 milyon 381 min ABŞ dolları olub.

Hesabat dövründə ixrac olunan kartofun bir tonu üçün orta gömrük dəyəri 422,3 ABŞ dolları (717,9 manat) olub ki, bu da illik müqayisədə 20,2 ABŞ dolları (34,3 manat) ucuzdur. Ötən ilin eyni dövründə bu qiymət 442,5 ABŞ dolları (752,2 manat) olub.

Qeyd edək ki, hesabat dövründə ixrac olunan kartof ümumi ixracın 0,13 faizini, qeyri-neft sektoru üzrə ixracın 1,15 faizini təşkil edib.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
valyuta.az

2Mənbələr