AZ

Rusiyada iPhone qadağan edilə bilər –Yeni qanun layihəsi

Rusiyada iPhone qadağan edilə bilər.

Azpost.info bildirir ki, deputatlar Dövlət Dumasına Rusiya tətbiqlərinə çıxışı olmayan avadanlığın Rusiyada satışını qadağan edən qanun layihəsi təqdim ediblər.

Bu barədə Dövlət Dumasının deputatı Anton Qorelkin öz Telegram kanalında məlumat verib.

“RuStore iPhone-larda nə vaxt görünəcək? Bunun daha sürətli baş verməsi üçün bu gün mən həmkarlarımla birlikdə Dövlət Dumasına App Store-da rus tərtibatçılarının proqramlarına qarşı ayrı-seçkiliyi qadağan edən qanun layihəsi təqdim etdim”-deyə deputat bildirib.

Təşəbbüsün müəllifləri Qorelkin özü, Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas, həmin komitənin sədr müavini İrina Rukavişnikova və komitə üzvü Artem Şeykindir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
23
azpost.info

10Mənbələr