AZ

“ABŞ və Rusiya bizi zəiflədir, Azərbaycanı isə gücləndirir“ - Erməni alim

Ermənistanın daxili siyasəti ilə yanaşı yürütdüyü xarici siyasətdə də fiasko yaşanır. Erməni cəmiyyəti ölkənin düşdüyü ağır durumdan şikayətlənir, mediada tez-tez ziyalılar, siyasi ekspertlər, ictimai fəalların narazı dolu açıqlamaları dərc olunur.

Məsələn, siyasi elmlər doktoru, tarixçi Armen Ayvazyan "Mamul" nəşrinə verdiyi açıqlamada Fransa və Parisin İrəvanı silahlandırma mövzusunda diqqət çəkən fikirlər səsləndirib. O, deyib: “Mən dəfələrlə iddia etmişəm ki, ABŞ və Rusiya Federasiyası artıq uzun müddətdir Ermənistanı zəiflətməklə məşğuldur. Azərbaycanı isə əksinə olaraq gücləndirirlər. Bununla bağlı son sübutlar kimi Fransa silahlarının, xüsusən də müasir artilleriya sistemlərinin Ermənistan Respublikasına tədarükü haqqında imzalanmış müqavilələr ətrafında yaranan siyasi prosesləri göstərmək olar. Rusiya Federasiyası bu sövdələşmədən Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səviyyəsində şikayət etdi. ABŞ isə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin dili ilə narazılığını ortaya qoydu. Sonuncu deyir ki, “təəssüf ki, biz sülh sazişinin bağlanmasına yaxın olduğumuz məqamda belə bir addım atıldı və o, çaşqınlıq yaradır, danışıqları çətinləşdirir. Bununla belə, nə Rusiya Federasiyası, nə də ABŞ nümayəndələri Azərbaycanın xeyli silah almasından bir kəlmə də narazılıq ifadə etmirlər.Üstəlik, Ceyms Uorlik də son günlərin gündəmi olan fikirləri deyir ki, Ermənistan Konstitusiyası istənilən halda Bakının təklifi ilə dəyişdirilməlidir”.

O, Avropanın da Azərbaycanın tərəfində olmasından gileylənib: Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar isə Ermənistan tərəfinin strateji əhəmiyyətli əraziləri Azərbaycana qaytarmasını alqışlayır. O bu prosesi demarkasiya adlandırır. Bütün bunlardan sonra Ermənistandakı rusiyapərəst və amerikapərəst “siyasi” marionet qrupların hər gün nümayişkaranə şəkildə bir-birinin boğazından yapışmalarına ancaq təəccüblənmək olar.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
44
news365.az

10Mənbələr