Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmaq istədiyini bəyan edib.
Makron "Generation Do It Yourself" podkastındakı çıxışında deyib: "Mən Vladimir Putin ilə dialoqu davam etdirmək tərəfdarıyam. Son aylar ərzində ünsiyyətdə olmasaq da, onunla hər hansı bir mövzuda danışmaq imkanını istisna etmirəm. Mən dialoqun gücünə inanıram. Tamamilə səmimi deyirəm: dialoqu həmişə davam etdirməyin vacib olduğunu hesab edirəm".
Makron Putinlə atom elektrik stansiyaları mövzusunu müzakitə eləmək istədiyini deyib, lakin məhz hansı AES-i nəzərdə tutduğunu bildirməyib.
Hürr Tərcüman