AZ

Messi Qvardioladan öyrəndiyindən danışıb

Messi

Argentina millisinin və Mayami “İnter”in hücumçusu və kapitanı Lionel Messi “Barselona”dakı fəaliyyətini xatırlayıb.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, dünya şöhrətli futbolçu bu barədə “Clank”-a verdiyi müsahibədə danışıb.

O, ispaniyalı məşhur mütəxəssis Xosep Qvardiolanın rəhbərliyi altında nələri öyrəndiyini açıqlayıb:

“Əvvəllər taktikaya fikir vermirdim, amma Qvardioladan çox şey öyrəndim. Mən oyunu, boşluqları, topa sahib olmağı və topa nəzarət etməyi daha yaxşı başa düşdüm”.

Qeyd edək ki, Lionel Messinin 37 yaşı var. O, 8 dəfə “Qızıl top”a yiyələnib. Lionel 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. Futbolçunun bu klubla müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
reyting.az

1Mənbələr