AZ

Assanjın uçduğu təyyarə Banqkok hava limanına eniş etdi - SƏBƏB

WikiLeaks-in qurucusu Julian Assanjı aparan təyyarə Banqkok hava limanında texniki eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi yazıb.

Mənbə bildirir ki, təyyarə hava limanında yanacaqla doldurulacaq və daha sonra Saypana doğru uçacaq.

Xatırladaq ki, Şimali Mariana adalarında WikiLeaks-in təsisçisinin işi üzrə məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki, Assanj Belmarş həbsxanasından azad edilərək Böyük Britaniyanı tərk edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
bizim.media

1Mənbələr