AZ

AÇ-2024: C və D qruplarında mübarizəyə yekun vurulacaq - YENİLƏNİR

Almaniyada təşkil olunan Avropa çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Beləliklə, D və C qruplarında mübarizəyə yekun vurulacaq.

Paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcək. Paralel keçən oyunda qrupun digər komandaları Fransa və Polşa qarşılşacaqlar. Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.

C qrupunun oyunlarına isə saat 23:00-da start veriləcək. İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkəcək. Qrupun digər matçı Münhendə baş tutacaq. İkinci pillədə qərarlşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

AÇ-2024
III tur
25 iyun

D qrupu 

20:00. Niderland - Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin Olimpiya Stadionu.

20:00. Fransa - Polşa
Baş hakim: Marko Quida (İtaliya).
Dortmund, "Siqnal İduna Park".

Xal durumu: Niderland - 4, Fransa - 4, Avstriya - 3, Polşa - 0. 

C qrupu

23:00. İngiltərə - Sloveniya
Baş hakim: Klement Turpin (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.

23:00. Danimarka - Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen, "Alyans Arena".

Xal durumu: İngiltərə - 4, Danimarka - 2, Sloveniya - 2, Serbiya - 1. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
11
fanat.az

9Mənbələr