AZ

Stenli kuboku sahibini tapıb – TARİXDƏ İLK

NHL-də 2023/24 mövsümünə yekun vurulub.

İdman.biz xəbər verir ki, Stenli kubokunun qalibi final seriyasının 7-ci matçında bəlli olub.

“Florida Panters” “Edmonton Oylers”ə 2:1 hesabı ilə qalib gəlib. Pol Morisin komandası bununla da seriyada hesabı 4:3-ə çatdırıb. Florida təmsilçisi tarixində ilk dəfə Stenli kubokunun qalibi olub.

Qeyd edək ki, bunadək iki dəfə finala yüksələn “Florida Panters” 1996-cı ildə “Kolorado Evelanş”a 0:4, 2023-cü ildə “Veqas Qolden Nayts”a 1:4 hesabı ilə uduzub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
idman.biz

1Mənbələr