AZ

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Bakı. Trend:

Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyasını təşkiledən və narkokuryerliyə cəlb olunan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regionalqrupundan Trend-əverilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbir zamanı çətənə bitkisininkultivasiyasını təşkil edən Ceyhun Məmmədov saxlanılıb. Onun evininyaxınlığındakı əraziyə baxış zamanı 30 kiloqram 93 ədəd çətənəbitkisi aşkarlanıb.

Bundan başqa, polisin keçirdiyi digər tədbir zamanınarkokuryerlik edən əvvəllər məhkum olunan Ruslan Məmmədov vəqohumu Xalid Abdullayev saxlanılıblar. Həmin şəxslərdən 16kiloqrama yaxın heroin və marixuana aşkarlanıb. Onlar narkotikvasitələri deyilən ərazilərə çatdıraraq maddi qazanc əldə etməkməqsədi ilə İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlbolunduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaqtədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
21
az.trend.az

10Mənbələr