AZ

Məhkəmə yol qəzası törədən diş həkimi ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Xəyal Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, kassasiya şikayəti təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ləğv olunub və cinayət iş apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.

 

İttihama görə, hadisə 23 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsində qeydə alınıb.

 

Belə ki, Xəyal Kərimov etibarnamə əsasında idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman “TOSOİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etməni itirib. Sonra maşın yol ayrıcı səkinin üzərinə çıxıb əks yola keçərək həmin yolda hərəkətdə olan zərərçəkmiş Ərtoğrul Mahmudlunun idarə etdiyi “Mercedes Benz CLA250” markalı avtomobili ilə toqquşub. Nəticədə “Mercedes Benz CLA250” markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsinə 34000 manat məbləğində maddi ziyan dəyib. 

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. 

 

Qeyd: Xəyal Kərimov “Sağlam Diş” klinikasında diş həkimi işləyir.

 

Kamal Məmmədov

Tarix: 25 İyun 2024, 08:40   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
pravda.az

1Mənbələr