AZ

Saytın qurucusu azadlıqdadır

İngiltərədə 5 ildir həbsdə olan Assanc indi azadlıqdadır. «Vikileaks» saytının qurucusu Julian Assanc, onun azadlığa buraxılmasına imkan verəcək razılaşmanın bir hissəsi olaraq, ABŞ-da prokurorlar tərəfindən ona qarşı irəli sürülən ittihamları boynuna alacaq.

ABŞ-ın Şimali Mariana Adaları üzrə Dairə Məhkəməsinə təqdim edilən sənədlərə görə, Assanc Amerikanın milli müdafiə sənədlərini əldə etmək və açıqlamaq üçün sui-qəsddə günahını etiraf edəcək.

ABŞ Ədliyyə Nazirliyinin məktubuna əsasən, Assanc vətəni Avstraliyaya qayıdacaq.

Razılaşmanın sabah Şimali Mariana adalarında məhkəmədə yekunlaşacağı gözlənilir.

Xatırladaq ki, Assanc 2019-cu ildən İngiltərə həbsxanasındadır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
oxumeni.az

1Mənbələr