AZ

Nəriman Axundzadə “Qarabağ”dan ayrıla bilər

Birillik fasilədən sonra Musa Qurbanlını heyətinə qaytaran “Qarabağ” əvəzində bir hücumçusu ilə yollarını ayıra bilər.

Futbolinfo.az saytının məlumatına görə, Nəriman Axundzadə Azərbaycan çempionunu tərk etməyə yaxındır.

Məsələ burasındadır ki, Ağdam təmsilçisi əsas hücumçusu Olavio Juninyoya layiqli əvəzləyici qismində Musa Qurbanlını görür. Bu üzdən Axundzadənin oyun şansı çox az olacaq. Bununla bağlı 20 yaşlı forvard özü də məlumatlandırılıb. Onun yerli klublardan birinə icarəyə verilməsi variantı mövcuddur. Ancaq millimizin üzvünün legioner həyatı yaşaması da istisna deyil.

Qeyd edək ki, Nəriman Axundzadənin “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
futbolinfo.az

1Mənbələr