AZ

AVRO-2024-də vidalaşacaq komanda bəlli olub

Futbol üzrə 2024-cü il Avropa çempionatının (AVRO-2024) B qrupunun son oyununda İspaniyaya 1:0 hesabı ilə uduzan Albaniya turnirlə vidalaşıb.

Futbol üzrə 2024-cü il Avropa çempionatının (AVRO-2024) B qrupunun üçüncü və sonuncu oyununda Albaniya və İspaniya milliləri qarşılaşıb.

Düsseldorf Arenada keçirilən matçda İspaniya ilk yarıda tək qolla 1-0 qalib gəlib. Ferran Torres 13-cü dəqiqədə ispanlara qələbə qazandırıb.

Albaniyada Rey Manaj ilk 11-də başladığı matçda 59 dəqiqə meydanda qalıb. “Beşiktaş”ın futbolçusu Ernest Muçi matça ehtiyat oyunçular skamyasında başlayıb və 81-ci dəqiqədə oyuna qoşulub.

Bu nəticədən sonra İspaniya son matçında qalib gələrək 9 xalla qrupunun zirvəsində qərarlaşıb.  1 xalla qalan Albaniya AVRO-2024-lə vidalaşıb.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
dogru.az

1Mənbələr