AZ

Misirdə 33 antik qəbir aşkar edilib

Misirdə

Bakı, 25 iyun, AZƏRTAC

Misirin Əsvan regionunda qədim dövrə aid 33 ailəvi qəbir aşkar edilib.

AZƏRTAC Misirin Turizm Nazirliyinə istinadla xəbər verir ki, Misir-İtaliya birgə arxeoloji missiyasının tapdığı qəbirlər eradan əvvəl 712-332-ci illərə aiddir. Qəbirlərdəki mumiya qalıqları həmin dövrdəki xəstəliklər barədə dolğun məlumat əldə etməyə imkan verəcək. arxeoloji missiyanın İtaliya tərəfindən rəhbəri, Milan Universitetinin professoru Patrisiya Pyasentini bildirib ki, “bəzi mumiyalarda anemiya, pis qidalanma, vərəm, osteoporoz və ağciyər xəstəliklərinin əlamətləri aşkar edilib”.

Qeyd edək ki, Misir-İtaliya birgə arxeoloji missiyasının 2018-ci ildən bəri Əsvanda qazıntı aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
4
azertag.az

5Mənbələr