AZ

Stoltenberq: NATO ölkələri Ukraynaya hərbi yardımın daha da artırılması ilə bağlı razılığa gəlməlidirlər

İyulda Vaşinqtonda keçiriləcək sammitdə NATO ölkələri Ukraynaya hərbi yardımın daha da artırılması ilə bağlı razılığa gəlməlidirlər.

APA xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Parisdə Fransa Prezidenti Emmanuel Makronla mətbuata birgə açıqlamasında bildirib.

“Vaşinqtonda keçiriləcək sammitdə məqsədimiz Ukraynaya daha da böyük dəstək vermək olacaq... Müttəfiqlər münaqişə başlayandan bəri görünməmiş dəstək veriblər, lakin təchizatda gecikmələr və yanlış hesablamalar döyüş meydanında bəzi nəticələrə gətirib çıxarıb”, - Stoltenberq vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
apa.az

3Mənbələr