AZ

Ölkədə gəmilərlə daşınan sərnişinlərin sayı açıqlandı

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 10,9 min nəfər olub.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3337,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz azalıb. Yüklərin 50,0 faizini neft yükləri təşkil edib.

Seçilən
75
12
publika.az

10Mənbələr