AZ

Bu bürclər hər yerdə diqqəti öz üzərinə çəkir - Onlarla yarışmayın

Bəzi insanlar daxil olduqları mühitdə dərhal diqqət mərkəzinə çevrilirlər. Danışığı, duruşu, davranışı ilə diqqət çəkən bu insanlara hər kəs heyran qalır. Onların anadangəlmə yüksək aurası hər yerdə dərhal diqqət çəkməyə kömək edir. 

Yenisabah.az xəbər verir ki, həmin insanlar əsasən 4 bürcdən biri olur:

TƏRƏZİ 

Tərəzilər adətən çox gözəl və ya çox yaraşıqlıdırlar. Bədən xətləri və üz cizgilərinin forması olduqca əsrarəngizdir. Hər kəs onların görünüşünə heyrandır. Tərəzilər özlərini çox sevirlər. Bu səbəbdən baxımlarına heç vaxt laqeyd yanaşmırlar. Onları dağınıq və baxımsız görmək mümkün deyil.Tərəzilər hər zaman ahəngdar və balanslı görünüşü ilə diqqət çəkir. Təbii yumşaq və soyuqqanlı davranışları onları mükəmməl göstərir. 

DOLÇA

Dolça bürcləri son dərəcə sosialdır. Onlar yeni insanlarla tanış olmağı və dostları ilə birlikdə əylənməyi sevirlər. Dolça bürcləri mehriban olduqları üçün hamı ilə ünsiyyət qurmağı bacarırlar. Dolça bürcləri çox vaxt başqa heç kimin maraqlanmadığı müxtəlif mövzularla maraqlanır. Onların düşüncələri də digər insanlardan çox fərqlidir. Bu xüsusiyyətlər onları digər insanlardan fərqləndirir. Dolça bürcünün aurası və enerjisi çox yüksək olduğu üçün heç kim onların yanında darıxmaz. 

ŞİR 

Astrologiyanın ən cazibədar bürclərindən biri olan Şir hər hərəkəti ilə bütün diqqəti çəkir. Şirlərin yumor hissi də çox inkişaf etmişdi. Bu bürc söhbəti ilə ətrafdakıları dərhal özünə heyran edə bilir. Şirlər son dərəcə şəndirlər və həmişə güclü görünürlər. Onların təşkilatçılıq bacarıqları çox inkişaf edib və böyük planlar qura bilirlər. Bu xüsusiyyətlər Şir bürcünü çox cəlbedici edir. Adətən heç kim Şir bürcünə müqavimət göstərə bilmir. 

ƏQRƏB 

Əqrəblər həmişə özləri haqqında insanlarda maraq oyadırlar. Çünki Əqrəb astrologiyada ən sirli bürclərdəndir. Hər kəs onların sirli həyatı ilə çox maraqlanır. Əqrəblərin enerji və aurası həmişə yüksəkdir. Onlar isti və mehriban davranışları ilə hər kəsin diqqətini çəkirlər. Onların qarşısıalınmaz bir cazibəsi var. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
8
seherxeber.org

9Mənbələr