AZ

ABŞ Ukraynaya daha bir hərbi yardım tranşı ayıracaq

Bakı. Trend:

ABŞ-nin çərşənbə axşamı Ukraynaya 150 milyon dollarlıq hərbiyardım tranşını elan edəcəyi gözlənilir.

Trend-inməlumatına görə, bu barədə "Associated Press" agentliyi adıaçıqlanmayan yüksək vəzifəli ABŞ rəsmilərinə istinadənbildirib.

Məlumata əsasən, söhbət xüsusilə HIMARS reaktiv yaylım atəşsistemləri üçün raketlərdən gedir.

Yardım paketinə tank əleyhinə silahlar, atıcı silahlar,qumbaraatanlar, 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxiledilməsi planlaşdırılır.

Məqalədə:
Seçilən
167
23
az.trend.az

10Mənbələr