AZ

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

Avro-2024:

Bakı, 25 iyun, AZƏRTAC

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, oynanılan 2 matçla B qrupunda mübarizəyə yekun vurulub.

1/8 finala vəsiqəni daha əvvəl təmin edən İspaniya millisi Albaniyanı minimal hesabla üstələyib. Yeganə qolu 13-cü dəqiqədə Ferran Torres vurub. Bununla da ispanlar qrup mərhələsini maksimum nəticə ilə başa vurublar.

Digər matçda İtaliya və Xorvatiya yığmaları üz-üzə gəlib. Hesabı 55-ci dəqiqədə xorvatiyalıların heyətində Luka Modriç açıb. İtaliya millisi yalnız əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə bərabərlik qolunu vura bilib. Mattia Zakkaninin qolu italiyalıları məğlubiyyətdən xilas edib. Bu nəticədən sonra xallarını 4-ə çatdıran Luçano Spalettinin komandası adını pley-offa yazdırıb. Xorvatiya (2 xal) və Albaniya (1 xal) yığmaları isə Avropa çempionatında mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl Almaniya və İsveçrə milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
5
azertag.az

6Mənbələr